Azərbaycanın cüdo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub

Azərbaycanın cüdo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisi Çexiyada beynəlxalq təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlıq prosesində 12 idmançı iştirak edib.

Teplitse şəhərində təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.