Braziliya millisinin futbolçusu PSJ-nin tarixinə düşüb

Braziliya millisinin futbolçusu PSJ-nin tarixinə düşüb

Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubunun tarixinə düşüb.

"Birxeber.Az" xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk matçı (2:3) 29 yaşlı müdafiəçi üçün Paris təmsilçisinin heyətində 436-cı qarşılaşma olub.

Markinyos bununla PSJ-də ən çox oyuna çıxan futbolçu adına sahib çıxıb. O, Jan-Mark Pilorjeni (435 oyun) geridə qoyub.

Qeyd edək ki, Markinyos 2013-cü ildən çıxış etdiyi Paris təmsilçisinin kapitanıdır.