Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.