Nikola Yokiç NBA-da əfsanəvi basketbolçunu geridə qoyub

Nikola Yokiç NBA-da əfsanəvi basketbolçunu geridə qoyub

ABŞ-nin "Denver" klubunun üzvü Nikola Yokiç Milli Basketbol Assosiasiyası (NBA) tarixində öz mövqeyindəki oyunçular arasında assistlərə görə ikinci pilləyə yüksəlib.

"Report" xəbər verir ki, 29 yaşlı serbiyalı 672 oyunda 4650 məhsuldar ötürmə ilə əfsanəvi Uilt Çemberleni (1045 oyunda 4643 ötürmə) geridə qoyub.

Siyahıya 1560 matçda 5660 assistlə NBA Şöhrət Zalının üzvü Kərim Abdul-Cabbar başçılıq edir.

Qeyd edək ki, N.Yokiç NBA-da doqquzuncu ilini keçirir. Bu mövsüm o, 34,6 dəqiqəyə orta hesabla 26,4 xal, 12,4 ribaund və 9 assistlə yadda qalıb.