Peskov: İran və İsrail arasında vəziyyətin nizamlanmasında Rusiyaya kömək üçün müraciət olmayıb

Peskov: İran və İsrail arasında vəziyyətin nizamlanmasında Rusiyaya kömək üçün müraciət olmayıb

İran və İsrail arasında yaranmış vəziyyətin nizamlanmasında Rusiyaya kömək üçün heç bir müraciət olmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Yaxın Şərq regionu ölkələrini vəziyyətin tam sabitliyinin pozulmasına gətirib çıxarmamaq üçün təmkinli olmağa çağırır.

"Əlbəttə, biz regionun bütün ölkələrini təmkinli olmağa çağırırıq. Bilirsiniz ki, biz İran konsulluğuna edilən hücumları, əlbəttə ki, pislədik. Hücumların özünü çox sərt şəkildə pislədik. Bu, beynəlxalq hüququn bütün prinsiplərinin pozulmasıdır. İndi hər kəsin təmkinli olması çox vacibdir ki, regionda sabitlik və proqnozlaşdırıla bilən onsuz da gərgin vəziyyətin tam destabilləşməsinə səbəb olmasın”, - deyə Kreml rəsmisi vurğulayıb.