Valeri Karpin Rusiya Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib

Valeri Karpin Rusiya Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib

"Rostov" klubunun çalışdırıcısı Valeri Karpin Rusiya Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib.

"Birxeber.Az"un liqanın mətbuat xidmətinə istinadən məlumatına görə, namizədlər arasında Sergey Semak (“Zenit”), Martsel Lika (“Dinamo”), Serqey Taşuev (“Fakel”) və David Deoqrasiya (“Orenburq”) da olub.

Rusiya Premyer Liqası ekspertləri və şərhçilərinin hamısı Karpinə səs verib. O, azarkeşlərin səsverməsində 46 % səslə birinci olub.

"Rostov" martda “Krılia Sovetov”u (2:0), “Krasnodar”ı (2:1) və “Dinamo”nu (4:1) məğlub edib. Komanda toplanan xal (9) və vurulan qol (8) baxımından ən yaxşı olub.

V.Karpinin komandası 22 oyundan sonra 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Lider "Zenit"in hesabında 44 xal var.