Pakistanda yol qəzası nəticəsində 17 nəfər ölüb - YENİLƏNİB

Pakistanda yol qəzası nəticəsində 17 nəfər ölüb - YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində ölənlərin sayı artıb.

Birxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

***

07.29

Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Geo” televiziyası məlumat yayıb.

Bildirilib ki, avtobusun sərnişinləri Tatta şəhərindən müsəlman sufilərin ziyarətgahına Bəlucistan əyalətində yerləşən Şah Noorani məbədinə gedən zəvvarlar olub.

İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.