İranın XİN rəhbəri ikitərəfli münasibətləri normallaşdırmaq üçün Pakistana gəlib

İranın XİN rəhbəri ikitərəfli münasibətləri normallaşdırmaq üçün Pakistana gəlib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub. İranlı nazir həm həmkarı, həm də Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar ilə görüşəcək.

Qarşıdakı danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.

İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.