İsrail ordusu Qəzza zolağının mərkəzində əməliyyata başladığını açıqlayıb

İsrail ordusu Qəzza zolağının mərkəzində əməliyyata başladığını açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin 162-ci diviziyası Qəzza zolağının mərkəzi hissəsində radikallara və onların hədəflərinə qarşı “yüksək dəqiqlikli” əməliyyata başlayıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Gecə 162-ci diviziya Qəzza zolağının mərkəzində terrorçuları və terror infrastrukturunu məhv etmək üçün dəqiq, kəşfiyyata əsaslanan əməliyyata başlayıb. Qoşunlar əraziyə daxil olmazdan əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və qırıcılar terrorçuların yerin üstündəki və altındakı infrastruktur obyektlərinə zərbələr endiriblər”, - bəyanatda deyilir.