MM sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini təsdiqləyib

MM sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini təsdiqləyib

Milli Məclis Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini birinci oxunuşda təsdiqləyib.

"Birxeber.Az" xəbər verir ki, "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun adı dəyişdirilir və bundan sonra "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" adlanır. Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.

Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır. Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.

Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.

Milli Məclis Milli Məclis
Deputatlar Türkiyədə səfərdə olacaqlar

Deputatlar Türkiyədə səfərdə olacaqlar

Milli Məclis Milli Məclis
Deputat: "Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir"

Deputat: "Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir"

Milli Məclis Milli Məclis
Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi təşkil olunub, MM sədri tədbirdə iştirak edib

Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi təşkil olunub, MM sədri tədbirdə iştirak edib

Milli Məclis Milli Məclis
Fazil Mustafanın yaralarının tikişləri sökülüb

Fazil Mustafanın yaralarının tikişləri sökülüb

Milli Məclis Milli Məclis
Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB-2

Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB-2

Milli Məclis Milli Məclis
Sahibə Qafarova: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb"

Sahibə Qafarova: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb"

Milli Məclis Milli Məclis
Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq

Milli Məclis Milli Məclis
Milli Məclisdə dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilir

Milli Məclisdə dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilir

Milli Məclis Milli Məclis
Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclis Milli Məclis
Siyavuş Novruzov: "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır"

Siyavuş Novruzov: "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır"

Milli Məclis Milli Məclis
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclis Milli Məclis
Parlament borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini I oxunuşda qəbul edib

Parlament borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini I oxunuşda qəbul edib