Rusiyanın hücumları nəticəsində Ukraynanın “Tripolye" İES-i tamamilə dağılıb

Rusiyanın hücumları nəticəsində Ukraynanın “Tripolye" İES-i tamamilə dağılıb

Rusiyanın hücumları nəticəsində Ukraynanın “Tripolye” İstilik Elektrik Stansiyası (İES) tamamilə dağılıb.

“Birxeber.Az” UNIAN-s istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Sentrenerqo” enerji şirkətinin Müşahidə Şurasının rəhbəri Andrey Qota açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın ötən gecə həyata keçirdiyi genişmiqyaslı raket hücumu olub.

Məlumata görə, hazırda ərazidəki yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hücumlar nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gecə Rusiya raket və pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna ərazisinə növbəti hücum təşkil edib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, qarşı tərəf xüsusilə, vacib infrastruktur obyektlərini hədəf alıb.