Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb.

"Birxeber.Az" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2.

Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarın 27-nə təsadüf edir. Xavinin yetirmələri həmin gün İspaniya çempionatında "Vilyarreal"a 3:5 hesabı ilə uduzub.

44 yaşlı mütəxəssis məhz bu görüşdən sonra mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. "Barselona" həmin vaxtdan bəri keçirdiyi 12 oyunda 9 qələbə, 3 heç-heçə ilə yadda qalıb.