UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" klubu Leverkuzendə "Vest Hem"i sınağa çəkəcək.

İtaliyada yerli “Milan” ilə “Roma” münasibətləri aydınlaşdıracaqlar. “Liverpul” doğma meydanda “Atalanta”nı sınağa çəkəcəksə, "Marsel" Portuqaliyada "Benfika”nın qonağı olacaq.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel

23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.