Yaponiya BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb

Yaponiya BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb

Yaponiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə maliyyələşdirməni dayandırıb.

xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yaponiya ötən il oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktında Agentliyin əməkdaşlarının əli olduğu iddiasından son dərəcə narahatdır. Cavab olaraq, qurum iddiaları araşdırarkən və cavab hazırlayarkən biz agentliyə əlavə maliyyə ayırmağı dayandırmaq qərarına gəldik”, - məlumatda deyilir.

Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filipp Lazzarini keçən il HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəli olduğu iddia edilən qurumun bir neçə əməkdaşının işdən çıxarılmasına dair göstəriş verib.

Bundan əvvəl bəzi ölkələr, o cümlədən Fransa, Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da təşkilatın HƏMAS-la əlaqələri olan bəzi əməkdaşlarına qarşı şübhələr fonunda Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyə maliyyənin dayandırıldığını açıqlamışdı.