KİV: Cənubi Koreyada ana müxalifət partiyası parlamentində səs çoxluğu əldə edib

KİV: Cənubi Koreyada ana müxalifət partiyası parlamentində səs çoxluğu əldə edib

Koreyada aparıcı müxalifət partiyası “Toburo” Demokratik Partiyası 254 birmandatlı seçki dairəsində səsvermənin nəticələrinə əsasən parlamentdə çoxluğu təmin edib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Mərkəzi Seçki Komissiyasına istinadən xəbər yayıb.

Məlumata görə, protokolların 99,7 %-nin hesablanmasının nəticələrinə əsasən, “Toburo” Demokratik Partiyası 161 seçki dairəsində qalib gəlib, onun əsas rəqibi olan Prezidentin “Vətəndaş Qüvvələri” Partiyası isə 90 mandat alacaq. “Yeni Gələcək”, “Yeni İslahatlar” və “Tərəqqi” partiyalarının hər biri 1 mandat qazanıb. Birmandatlı seçki dairələri Milli Assambleyadakı 300 yerdən 254-nü müəyyən edir.

Qalan 46 mandat partiya siyahıları üzrə səsvermənin nəticələrinə uyğun olaraq bölünür. Bu səsvermədə “Toburo” və “Vətəndaş qüvvəsi” əvəzinə onların “peyk partiyaları” iştirak edib. MBC telekanalının məlumatına görə, bülletenlərin 95 %-nin hesablanmasının nəticələrinə əsasən, “Toburo” Demokratik İttifaqı 13 yer, “Vətəndaş Gələcəyi” isə 19 mandat alıb. Yeni yaradılmış “Koreyanı dirçəldək” Partiyası 12 mandat qazanır. Qalan 2 yer isə “Yeni İslahat” Partiyasına qalıb.