Tayvanın keçmiş rəhbəri Çinə səfərini başa vurub

Tayvanın keçmiş rəhbəri Çinə səfərini başa vurub

Tayvan administrasiyasının keçmiş rəhbəri (2008-2016-cı illər) Ma İnszyunun rəhbərlik etdiyi nümayəndə heyəti cümə axşamı Çinin paytaxtını tərk edərək adaya qayıdıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

Qeyd edilir ki, tayvanlı siyasətçinin materik Çinə səfəri 11 gün davam edib.

Ma İnszyu Tayvan boğazında gərginliyin aradan qaldırılmasına töhfə verib, Pekinlə iqtisadi yaxınlaşma siyasətini həyata keçirib. Hazırkı səfəri zamanı o, Quandun (ölkənin cənubu) və Şensi (şimal-qərb) əyalətlərində, həmçinin Pekində olub və çərşənbə günü Çinin Sədri Si Szinpinlə görüşüb.