CENTCOM rəhbəri İranın hücumu olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün İsrailə səfər edəcək

CENTCOM rəhbəri İranın hücumu olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün İsrailə səfər edəcək

ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək üçün İsrailə səfər edəcək.

"Report"un xəbərinə görə, bu barədə "Axios" portalı İsrailin iki rəsmisinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrikanın daxil olduğu CENTCOM-un rəhbəri İsrailin müdafiə naziri Yoav Qalant və müdafiə ordusunun yüksək vəzifəli nümayəndələri ilə görüşməyi planlaşdırır.

Portal mənbələri qeyd edib ki, İsrail rəsmiləri İran ərazisindən "ballistik raketlər, dronlar və qanadlı raketlərdən" istifadə ilə "mümkün görünməmiş birbaşa hücuma hazırlaşırlar".