Britaniya Yaponiya və ABŞ-la birgə təlimlərdə iştirak edəcək

Britaniya Yaponiya və ABŞ-la birgə təlimlərdə iştirak edəcək

Böyük Britaniya 2025-ci ildən etibarən Hind-Sakit okean regionunda Yaponiya-ABŞ birgə təlimlərində iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şepps bildirib.

"Qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışan hər kəs üçün birgə təlimlərin keçirilməsi məsafənin müdafiə sahəsində əməkdaşlığımıza əngəl olmadığına dair güclü siqnal olacaq, biz planetin istənilən yerində istənilən təhlükəyə cavab verməyə hazırıq", - nazir bildirib.

2023-cü ilin may ayında Birləşmiş Krallıq hökuməti, Britaniyanın aviadaşıyıcı qrupunun "sülh və sabitliyi qorumaq"məqsədi ilə 2021-ci ildən sonra 2025-ci ildə Hind-Sakit okeana ikinci səfərini edəcəyini açıqlayıb.