Azərbaycanda narkokuryer polisə silahlı müqavimət göstərib, yaralanan var

Azərbaycanda narkokuryer polisə silahlı müqavimət göstərib, yaralanan var

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri 2 nəfərin satmaq məqsədilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Birxeber-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlaraq həyata keçirilib.

Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.

Vüqar Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib.

Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər.

Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb.

Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Birxeber
HADİSƏ HADİSƏ
Xırdalanda 16 yaşlı oğlan məktəbli qızı ZORLADI - İDDİA

Xırdalanda 16 yaşlı oğlan məktəbli qızı ZORLADI - İDDİA

HADİSƏ HADİSƏ
Azərbaycanda qadın məhbusların və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb

Azərbaycanda qadın məhbusların və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb

HADİSƏ HADİSƏ
Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb - FOTO

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb - FOTO

HADİSƏ HADİSƏ
Hüseyn Həsənovun fanatlarla görüşündə vətəndaşları kəmərlə vuran şəxs həbs olunub - VİDEO

Hüseyn Həsənovun fanatlarla görüşündə vətəndaşları kəmərlə vuran şəxs həbs olunub - VİDEO

HADİSƏ HADİSƏ
Bakıda 30 yaşlı kişini avtomobil vurub

Bakıda 30 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
Şərurda avtomobil piyadanı vurub öldürdü

Şərurda avtomobil piyadanı vurub öldürdü

HADİSƏ HADİSƏ
Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları - SİYAHI

Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları - SİYAHI

HADİSƏ HADİSƏ
DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib

DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib

HADİSƏ HADİSƏ
May ayı üçün gözlənilən hava PROQNOZU

May ayı üçün gözlənilən hava PROQNOZU

HADİSƏ HADİSƏ
Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb

Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb

HADİSƏ HADİSƏ
İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

HADİSƏ HADİSƏ
DİN təcili yardıma yalandan zəng vuranlara xəbərdarlıq edib

DİN təcili yardıma yalandan zəng vuranlara xəbərdarlıq edib