Qəzzaya yeni yardım göndərilib

Qəzzaya yeni yardım göndərilib

ABŞ Qəzza zolağının şimal hissəsinə növbəti humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat keçirib.

“Report”un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı davam edən münaqişədən əziyyət çəkən mülki əhaliyə zəruri yardım göstərmək üçün aprelin 10-da Qəzzanın şimal hissəsinə humanitar yardım göndərib", - CENTCOM-un "X"dəki səhifəsində dərc olunan bəyanatda deyilir.

ABŞ təyyarələri 50 mindən çox ərzaq atıb. Ümumilikdə ABŞ Hərbi Hava Qüvvələri Qəzza zolağına təxminən 852 ton humanitar yük çatdırıb.