Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib

Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib

İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı açıqlama verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə israilli siyasətçi “CNN”ə danışıb.

Onun sözlərinə görə, İsrail İrandakı “müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür”. Lakin Baş nazir İsfahandakı zavoda hücumun arxasında İsrailin dayanıb-dayanmamasını nə təsdiqləyib, nə də təkzib edib:

“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram... və hər dəfə Yaxın Şərqdə bir partlayış olanda İsraili ittiham edir və ya üzərinə məsuliyyət qoyurlar – bəzən bizik, bəzən yox”.

Xatırladaq ki, yanvarın 29-da səhər saatlarında İran Müdafiə Nazirliyi ölkənin mərkəzində yerləşən İsfahan şəhərindəki hərbi zavoda “uğursuz” dron hücumunun olduğunu açıqlayıb. Bununla belə, sosial şəbəkədə yayılan görüntülərdə ölkənin müxtəlif şəhərlərində analoji hücumların olduğu ortaya çıxıb. Qeyri-rəsmi məlumata əsasən, hədəflərin mütləq əksəriyyəti Tehran hökumətinin dron istehsalı ilə əlaqəli olan sənaye obyektləri olub. Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verib.

Region Region
Rəsmi Talin Rusiyadan Estoniyadakı diplomatlarının sayını azaltmağı tələb edib

Rəsmi Talin Rusiyadan Estoniyadakı diplomatlarının sayını azaltmağı tələb edib

Region Region
Ermənistan XİN başçısı Toivo Klaarla Azərbaycanla danışıqlardakı son durum barədə danışıb

Ermənistan XİN başçısı Toivo Klaarla Azərbaycanla danışıqlardakı son durum barədə danışıb

Region Region
Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

Region Region
Politoloq: “Gürcüstan Cənubi Qafqazda sülh naminə yeni əməkdaşlıq platformasının yaradılmasını təklif edə bilər”

Politoloq: “Gürcüstan Cənubi Qafqazda sülh naminə yeni əməkdaşlıq platformasının yaradılmasını təklif edə bilər”

Region Region
Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

Region Region
Son 11 ildə İranın 11 milyon vətəndaşı yoxsullaşıb

Son 11 ildə İranın 11 milyon vətəndaşı yoxsullaşıb

Region Region
Ermənistan prezidenti: “Türkiyə ilə əlaqələrin normallaşması istiqamətində irəliləyiş var”

Ermənistan prezidenti: “Türkiyə ilə əlaqələrin normallaşması istiqamətində irəliləyiş var”

Region Region
Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Region Region
Ermənistanda siyasi məhbusların sayı artır

Ermənistanda siyasi məhbusların sayı artır

Region Region
Ukrayna hərbçiləri son sutkada Xerson vilayətinin 12 yaşayış məntəqəsini nəzarətə götürüb

Ukrayna hərbçiləri son sutkada Xerson vilayətinin 12 yaşayış məntəqəsini nəzarətə götürüb

Region Region
Ukrayna kəşfiyyatı: "Rusiya İrandan ballistik raketlər sifariş edib"

Ukrayna kəşfiyyatı: "Rusiya İrandan ballistik raketlər sifariş edib"

Region Region
KİV: Rusiyada deputatlar Baş nazirin icazəsi olmadan ölkəni tərk edə bilməz

KİV: Rusiyada deputatlar Baş nazirin icazəsi olmadan ölkəni tərk edə bilməz