Bakıda iki avtomobil toqquşub - FOTO

Bakıda iki avtomobil toqquşub  - FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Ford Mustang" və “Nissan” markalı minik avtomobilləri toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobillər yoldan götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.