"Atletiko" və "Barselona"dan əzmkar qələbə

"Atletiko" və "Barselona"dan əzmkar qələbə

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Atletiko” doğma azarkeşlər önündə “Borussiya”nı (Dortmund) qəbul edib. Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə “Barselona” səfərdə PSJ ilə qarşılaşıb. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cütlərin cavab matçları aprelin 16-da baş tutacaq.