Ermənistanda əsgər özünü güllələyib

Ermənistanda əsgər özünü güllələyib

Ermənistanda əsgər özünü güllələyib.

Bu barədə “Birxeber.Az” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Qeqarkunik rayonunda (Göyçə mahalının Çəmbərək rayonu-red) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.

Polis müəyyən edib ki, Araqatsotn rayon (Şorəyel mahalı - red) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açması nəticəsində sol ayağından güllə yarası diaqnozu ilə xəstəxanaya aparılıb.

Yaralı hərbi qulluqçudur.

Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb.