Azərbaycan və Rusiya XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

C.Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21:14

Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığında bildirilib.

Diplomatlar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Azərbaycan-Ermənistan normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb”, - xarici siyasət idarəsinin açıqlamasında bildirilib.

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə prezidentləri birgə işçi naharı ediblər

Azərbaycan və Türkiyə prezidentləri birgə işçi naharı ediblər

Xarici siyasət Xarici siyasət
Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Xarici siyasət Xarici siyasət
Münxendə Prezident İlham Əliyevin ABŞ-ın Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü başlayıb

Münxendə Prezident İlham Əliyevin ABŞ-ın Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü başlayıb

Xarici siyasət Xarici siyasət
KİV: “Azərbaycanla münasibətlər İsrailin regionda əlaqələri gücləndirmək istəyinin göstəricisidir”

KİV: “Azərbaycanla münasibətlər İsrailin regionda əlaqələri gücləndirmək istəyinin göstəricisidir”

Xarici siyasət Xarici siyasət
Mehriban Əliyeva Ziroatxon Mirziyoyeva ilə görüşüb

Mehriban Əliyeva Ziroatxon Mirziyoyeva ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Ekspert: “Bakı və İrəvan beynəlxalq vasitəçiliyin yekun formatı barədə qərar verməlidir”

Ekspert: “Bakı və İrəvan beynəlxalq vasitəçiliyin yekun formatı barədə qərar verməlidir”

Xarici siyasət Xarici siyasət
Türkiyəli səyyahlar Zəngilanın Ağalı kəndinə səfər ediblər

Türkiyəli səyyahlar Zəngilanın Ağalı kəndinə səfər ediblər

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

Xarici siyasət Xarici siyasət
Rumın deputat: "AŞPA Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə çalışmalıdır"

Rumın deputat: "AŞPA Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə çalışmalıdır"

Xarici siyasət Xarici siyasət
Lavrov: “Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”

Lavrov: “Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Prezident İlham Əliyev Tacikistana səfərə gedib