Bayden: ABŞ İranın bəyanatlarına görə İsraili qorumaq üçün hər şeyi edəcək

Bayden: ABŞ İranın bəyanatlarına görə İsraili qorumaq üçün hər şeyi edəcək

ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra indiki xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi edəcək.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz həmçinin Yaxın Şərqdəki hadisələri, o cümlədən atəşkəs və girov müqaviləsinə birgə dəstəyimizi, eləcə də Qəzzada mövcud olan humanitar böhranı həll etmək üçün təcili səyləri müzakirə etdik. Eləcə də İranın İsrailə ciddi hücuma keçmə təhlükəsini müzakirə etmək istəyirik. İsrailin Baş naziri Benyamin Netanyahuya dedim ki, İran və ona dəstək verənlərdən gələn bu təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmazdır. Bir daha dedik ki, İsrailin təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik", - o vurğulayıb.