İsveçrə, Almaniya və Avstriya gələn il birgə hərbi təlimlər keçirəcək

İsveçrə, Almaniya və Avstriya gələn il birgə hərbi təlimlər keçirəcək

İsveçrənin 800-ə yaxın hərbçisi 2025-ci ilin yazında Avstriya ərazisində bu ölkə və Almaniya ilə birgə dörd həftəlik təlimlərdə iştirak edəcək.

"Birxeber.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.

Bildirilir ki, aprelin 10-da keçirilən iclasda ölkənin silahlı qüvvələri ilə birgə Avstriyada hərbi təlimlərin təşkili planları barədə Federal Şuraya məlumat verilib.

"Təlimlər 2025-ci ilin yazında planlaşdırılır və hərbi bölmənin iştirakı könüllüdür", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, döyüşçülər xaricdə daha iri qarışıq döyüş birləşmələrində təlim keçmək üçün təcrübə qazanacaqlar.