Naxçıvan MR-in Baş naziri Türkiyənin baş konsulu ilə görüşüb

Naxçıvan MR-in Baş naziri Türkiyənin baş konsulu ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovla Türkiyə Respublikasının Naxçıvanda yeni təyin olunmuş baş konsulu Asip Kaya arasında görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verirlən məlumata görə, Baş nazir Asip Kayanı yeni vəzifə təyinatı münasibətilə təbrik edib, ona Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

S.Məmmədov Azərbaycan ilə Türkiyə arasında yeganə quru sərhəd bölgəsi olan Naxçıvanda Türkiyə Respublikasının Baş Konsulluğunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi, o cümlədən İqdır-Naxçıvan qaz boru kəməri və Naxçıvan-Qars dəmiryolu xətti kimi strateji layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunub.

Baş konsul Asip Kaya səmimi qəbula görə minnətdarlığını bildirib, Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş səfirlik əməkdaşına görə başsağlığı verib.

Naxçıvana baş konsul vəzifəsinə təyinatından məmnunluğunu ifadə edən Asip Kaya, fəaliyyəti dövründə iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daxili siyasət Daxili siyasət
Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Daxili siyasət Daxili siyasət
Albaniya Prezidenti: “Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

Albaniya Prezidenti: “Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

Daxili siyasət Daxili siyasət
Prezidentin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzurda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb

Prezidentin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzurda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb

Daxili siyasət Daxili siyasət
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Daxili siyasət Daxili siyasət
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir"

Azərbaycan Prezidenti: "Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir"

Daxili siyasət Daxili siyasət
Kürdəmirdə Çərtəyəz kəndinin yolları bərbad vəziyyətə düşüb

Kürdəmirdə Çərtəyəz kəndinin yolları bərbad vəziyyətə düşüb

Daxili siyasət Daxili siyasət
Biləsuvarda Tovuz döyüşləri şəhidinin anım günü qeyd olunub

Biləsuvarda Tovuz döyüşləri şəhidinin anım günü qeyd olunub

Daxili siyasət Daxili siyasət
Naxçıvan Ali Məclisi Baş nazirə yeni müavin təyin olunmasını təsdiqləyib

Naxçıvan Ali Məclisi Baş nazirə yeni müavin təyin olunmasını təsdiqləyib

Daxili siyasət Daxili siyasət
Əfv sərəncamı 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv sərəncamı 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Daxili siyasət Daxili siyasət
Bakıda bəzi rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib

Bakıda bəzi rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib

Daxili siyasət Daxili siyasət
Əfv Sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində 8 nəfərə şamil olunub

Əfv Sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində 8 nəfərə şamil olunub