Ukraynada məhbusların səfərbərliyinə dair qanun layihəsi birinci oxunuşda qəbul edib

Ukraynada məhbusların səfərbərliyinə dair qanun layihəsi birinci oxunuşda qəbul edib

Ukrayna Ali Radası məhbusların könüllü səfərbərliyinə imkan yaradacaq qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA-nın “Unian”-a istinadən verdiyi məlumata görə, 281 deputat qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsi məhbusların döyüş əməliyyatlarında könüllü iştirakını nəzərdə tutur. Ancaq qanun layihəsində məhbusların könüllü səfərbərliyi ilə bağlı istisna hallar var. Ukraynanın Milli təhlükəsizliyi əleyhinə cinayət törədənlər, qəsdən iki və daha çox şəxsi öldürənlər, zorlamaya görə məhkum edilənlər döyüş əməliyyatlarında iştirak üçün azadlığa buraxılmayacaq.