“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarlayıb

“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarlayıb

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.

“Birxeber.Az” xəbər verir ki, braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.

3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.