On yaşlı uşaq qan xəstəliyindən əziyyət çəkir, köməyə ehtiyacı var

On yaşlı uşaq qan xəstəliyindən əziyyət çəkir, köməyə ehtiyacı var

Qan xəstəliyindən əziyyət çəkən 10 yaşlı Azər Məhərrəmlinin xeyirxah insanların dəstəyinə ehtiyacı var.

"Report" xəbər verir ki, Azərin anası Günel Məhərrəmova oğlunun aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyini deyib.

O, övladının doqquz aydır, müalicə aldığını söyləyib:

"Həkimlər deyirlər ki, ancaq ilik köçürməklə Azərin xəstəliyini sağalda bilərlər. Əməliyyat üçün biz Türkiyədə yerləşən xəstəxanalardan biri ilə danışmışıq. Əməliyyatın qiyməti ilkin mərhələ üçün 68 min dollardır (115 600 manat). Bizim əlimizdə cəmi 30 min manatımız var. Yardımsevər insanlardan xahiş edirəm ki, mənim balaca oğluma, Azərimə köməklik etsinlər”.

Ailə ilə əlaqə: (070) 755-36-00

Kart nömrəsi: 4169 7388 8065 5661