Macarıstan Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədə iştirakını dayandırıb

Macarıstan Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədə iştirakını dayandırıb

Macarıstan parlamenti ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədə iştirakını dayandırması barədə qanunu qəbul edib.

APA-nın xəbərinə görə, deputatlardan 177-i qanunun lehinə, 5-i əleyhinə səs verib.

Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Staray deyib ki, bu müqavilə Avropada silahlı qüvvələrin balansının təmin edilməsində vacib rol oynayıb, lakin Rusiyanın müqavilədən çıxmasından sonra əhəmiyyətini itirib.

Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.