CBC telekanalının 11 yaşı tamam olur

CBC telekanalının 11 yaşı tamam olur

Azərbaycanın ilk beynəlxalq televiziya kanalı olan CBC (Caspian Broadcasting Company) telekanalının yarandığı gündür.

“Report” xəbər verir ki, telekanalın 11 yaşı tamam olur.

CBC 2013-cü il aprelin 10-da peyk vasitəsilə yayıma başlayıb.

Rus dilində 24 saat fasiləsiz yayımlanan televiziya kanalı ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə tamaşaçılara çatdırır.

Telekanaldan əlavə, 2021-ci ilin may ayından etibarən Azərbaycanın Qarabağ bölgəsində ilk regional radio kanalı olan CBC FM Azərbaycan, rus və erməni dilində fəaliyyət göstərir.