Paris-2024: qaliblərə pul mükafatı ayıracaq ilk beynəlxalq qurum müəyyənləşib

Paris-2024: qaliblərə pul mükafatı ayıracaq ilk beynəlxalq qurum müəyyənləşib

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) Paris-2024 Yay Olimpiya Oyunlarının qaliblərinə pul mükafatı ayıracağını açıqlayan ilk qurum olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fransanın paytaxtında təşkil olunacaq olimpiadanın qızıl mükafatçıları 50 min dollar əldə edəcəklər. Qərara əsasən, 2028-ci ildəki olimpiadada bütün medalçılar mükafat alacaqlar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.