Kreml: Putinlə Paşinyan mövcud problemləri yaxın gələcəkdə şəxsən müzakirə edə biləcəklər

Kreml: Putinlə Paşinyan mövcud problemləri yaxın gələcəkdə şəxsən müzakirə edə biləcəklər

Ermənistan Rusiya Federasiyasının yaxın tərəfdaşı və müttəfiqidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çətindir.

Kremlin sözçüsü Putin və Paşinyanın yaxın gələcəkdə iki ölkənin münasibətlərində mövcud olan problemləri şəxsən müzakirə edə biləcəklərini söyləyib.

"Ermənistan Rusiyanın müttəfiqidir, ölkələrimizi MDB, Avrasiya İqtisadi İttifaqı və tarixi ikitərəfli münasibətlər kimi bir çox formatlar birləşdirir. Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə bütün mürəkkəb anlar öz həllini dialoq çərçivəsində tapacaq" - Peskov əlavə edib.