Qusarda Gənclər Gününə həsr olunmuş üzgüçülük yarışı keçirilib

Qusarda Gənclər Gününə həsr olunmuş üzgüçülük yarışı keçirilib

Qusar Olimpiya İdman Kompleksində 2 fevral - Gənclər Gününə həsr olunmuş üzgüçülük yarışı keçirilib.

"Report"un məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksi ilə birlikdə təşkil olunmuş yarışa Abşeron Olimpiya İdman Kompleksi, Şağan Olimpiya İdman Kompleksi və müxtəlif klubların da təmsilçiləri qatılıb.

Açılış mərasimində çıxış edən Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov qış aylarında sərt hava şəraitinin hökm sürdüyü bir rayonda üzgüçülük yarışının təşkilini əlamətdar hadisə kimi dəyərləndirib. O, ilin ilk üzgüçülük yarışının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş Gənclər Həftəsinə təsadüf etdiyini xatırladaraq, turnirin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarovaya təşəkkürünü bildirib.

E.Məmmədov vurğulayıb ki, qış aylarında üzgüçülük hovuzunu saxlamağın ciddi xərc tələb etməsinə baxmayaraq, Qusarda bu idman növünü də inkişaf etdirməkdə və yeni-yeni idmançıları üzə çıxarmaqda qərarlıdırlar. Kompleks rəhbəri kollektivin fədakar əməyinin qarşılığı olaraq, nazirliyin hərtərəfli dəstəyini aldıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Qusar Olimpiya İdman Kompleksi ölkə üzrə orta məktəblərdə I - V sinif şagirdləri üçün ödənişsiz üzgüçülük dərslərinin keçiriləcəyi 5 idman qurğusundan biri kimi seçilib və yaxın günlərdə layihənin icrasına başlanılacaq.

Öz növbəsində, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova yarışın əhəmiyyətindən və yeniyetmə üzgüçülərin inkişafına verəcəyi təkandan danışıb, turnir iştirakçılarına uğurlar arzulayıb.

Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zeynal Əsgərov, eləcə də Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov təşkilatçılara təmsil etdikləri qurumlar adından təşəkkürünü bildirib.

Ardından Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra turnirə start verilib.

Maraqlı və gərgin mübarizənin yekununda 11 qızıl, 2 gümüş, 2 bürünc medal və estafet yarışında kubok əldə edən Sumqayıt Olimpiya İdman Kompleksinin komandası birinci yeri tutub.

Qusar Olimpiya İdman Kompleksinin isə 3 yetirməsi fəxri kürsüyə yüksəlməyi bacarıb. Abdulla Ağazadə 50 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş, Leyla Saydumova və David Əmiraslanov bürünc medala yiyələnib.

Fərdi Fərdi
Azərbaycan Qran-prisinə ən çox bilet alan ölkələr açıqlanıb

Azərbaycan Qran-prisinə ən çox bilet alan ölkələr açıqlanıb

Fərdi Fərdi
Mariya Stadnik: “Doqquz yox, onqat Avropa çempionu olmaq istəyirəm”

Mariya Stadnik: “Doqquz yox, onqat Avropa çempionu olmaq istəyirəm”

Fərdi Fərdi
Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirilib

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirilib

Fərdi Fərdi
Avropa çempionatı: Turan Bayramov qızıl medal qazanıb

Avropa çempionatı: Turan Bayramov qızıl medal qazanıb

Fərdi Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Fərdi Fərdi
Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Fərdi Fərdi
Azərbaycan cüdoçuları Böyük Dəbilqəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni iki medalla başa vurublar

Fərdi Fərdi
Rüstəm Orucov Qran-pri turnirində iştirak etməyəcək

Rüstəm Orucov Qran-pri turnirində iştirak etməyəcək

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycanın olimpiya çempionu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın olimpiya çempionu mübarizəyə başlayır

Fərdi Fərdi
Gənclər və idman naziri: “Olimpiadaya lisenziya sayı ilə bağlı maksimum və minimum hədəfimiz var”

Gənclər və idman naziri: “Olimpiadaya lisenziya sayı ilə bağlı maksimum və minimum hədəfimiz var”