Kreml: Ermənistanla münasibətlərdəki mürəkkəb məsələlərin dialoq yolu ilə həllinə ümid edirik

Kreml: Ermənistanla münasibətlərdəki mürəkkəb məsələlərin dialoq yolu ilə həllinə ümid edirik

Kreml Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki mürəkkəb məsələlərin dialoq yolu ilə həll olunacağına ümid edir.

"Report" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, tezliklə Rusiya və Ermənistan liderlərinin hər şeyi müzakirə etmək imkanı olacaq:

"Dialoqlar iş səviyyəsində baş verir ki, bu da çox vacibdir. Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır, müttəfiqidir, Rusiya Federasiyasının MDB, Aİİ və təbii ki, tarixi ikitərəfli münasibətlər kimi bir çox inteqrasiya formatlarında birləşdiyi ölkədir".