Fransa PKK terrorçusunu Türkiyəyə təhvil verib

Fransa PKK terrorçusunu Türkiyəyə təhvil verib

Türkiyənin İnterpol xətti ilə axtardığı PKK/KCK terror təşkilatının üzvü Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya olunub.

“Birxeber.Az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı addımları nəticəsində Türkiyəyə qaytarılıb.