BQXK-nin avtomobilləri Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

BQXK-nin avtomobilləri Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Birxeber.Az”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük və 3 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 8-ə çatıb.

08:43

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Birxeber.Az”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Avtomobillərin içərisində 7 erməniəsilli şəxs olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 51 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıların tibb xidməti avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıların tibb xidməti avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Ağdamın 25 faizi minadan təmizlənib

Ağdamın 25 faizi minadan təmizlənib

QARABAĞ QARABAĞ
Zaxarova: “Rusiya Ermənistanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini vacib hesab edir”

Zaxarova: “Rusiya Ermənistanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini vacib hesab edir”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

QARABAĞ QARABAĞ
Daşaltı əməliyyatından 31 il ötür

Daşaltı əməliyyatından 31 il ötür

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların daha 12 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-2

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 12 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

QARABAĞ QARABAĞ
Mina qurbanı olan aksiya iştirakçıları: "Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdır"

Mina qurbanı olan aksiya iştirakçıları: "Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdır"

QARABAĞ QARABAĞ
Azərbaycan MN-dən sülhməramlıların komandanlığına: "Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir"

Azərbaycan MN-dən sülhməramlıların komandanlığına: "Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir"

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

QARABAĞ QARABAĞ
"Xankəndi-Laçın yolundakı aksiya xalqımızın xarici təhlükə qarşısında həmrəyliyinin göstəricisidir" - RƏY

"Xankəndi-Laçın yolundakı aksiya xalqımızın xarici təhlükə qarşısında həmrəyliyinin göstəricisidir" - RƏY

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 11 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 11 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3