Finlandiyada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Finlandiyada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Finlandiyada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, indiyədək bülletenlərin 80%-i emal olunub və Milli Koalisiya Partiyasının namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb liderdir.

Vətəndaşların 27,4%-i Stubba, 25,2%-i “Yaşıllar İttifaqı” fraksiyasının üzvü və Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pekka Haavistoya, 18,5%-i parlamentin spikeri, ifrat sağçı “Finlər Partiyası”nın keçmiş rəhbəri Yussi Halla-ahoya səs verib.