Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib.

Birxeber.Az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Rüfət Hacıyev saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Rüfət Hacıyev 9-cu sinif şagirdini döydüyünə dair məlumat yayılmışdı. Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanmış hadisə ilə bağlı yayılan məlumatda bildirilmişdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.