Türkiyə Rusiyadan aldığı “S-400”ləri İraqla sərhəd ərazidə yerləşdirə bilər
Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərini qonşu İraqla sərhəd xəttinə yerləşdirə bilər.
“Birxeber.Az” xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, "S-400"lərin sərhəd bölgələrində yerləşdirilməsi prosesinin Ramazan ayı bitdikdən sonra və ya gələn həftə sürətləndirilmə ehtimalı var.