Qazaxıstanda daşqınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub

Qazaxıstanda daşqınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub

Qazaxıstanda daşqınlar başlayandan bəri 100 min nəfərə qədər insan təxliyə olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, indiyə kimi 96,5 min nəfər, o cümlədən 31,6 min uşaq təxliyə edilib.

Məlumata görə, təbii fəlakət nəticəsində Qazaxıstanın 5 vilayətində 4 min yaşayış binası və 336 həyətyanı sahə su altında qalıb.

Ölkənin 10 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub.