Abşeronda evlərdən 17 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Abşeronda evlərdən 17 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.

DİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Araşdırma aparılır.