Gəncədə bayram namazı qılınıb - FOTO

Gəncədə bayram namazı qılınıb - FOTO

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bayram namazı qılınıb.

Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda səhər saat 08:00 da başlayıb.

Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb.

Xatırladaq ki, ən mütəşəkkil şəkildə keçirilən bayramlarından olan Ramazan bayramı Azərbaycanda ayın görünməsindən asılı olaraq, Miladi təqvimi ilə aprel ayının 10-a düşür. Azərbaycan hökumətinin qərarına əsasən, 10, 11 aprel tarixləri ölkəmizdə bayram hesab edilir.