Ermənistan Baş naziri: Qərblə münasibətlərimiz İranla əlaqələrimizə mane olmayacaq

Ermənistan Baş naziri: Qərblə münasibətlərimiz İranla əlaqələrimizə mane olmayacaq

İrəvan Brüssellə əməkdaşlığı Tehranla münasibətlər hesabına inkişaf etdirmir.

Birxeber.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Bizim bu qonşumuzla münasibətlərimiz təbii faydalara əsaslanır ki, bu da münasibətləri xüsusi edir. Biz Qərblə, İranla münasibətlərə qarşı olmamışıq, bunu etmirik və etməyəcəyik", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ermənistan, ABŞ və Aİ-nin Brüssel görüşünü şərh edərkən bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir. O, iqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın vacib olduğunu vurğulayıb.