Bu ilin ilk rübündə 98 mindən artıq şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin ilk rübündə 98 mindən artıq şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 44,2 min nəfəri münasib işlərlə təmin edilib, 683 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

"Qeyd olunan dövrdə Agentlik tərəfindən 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib", - deyə məlumatda bildirilib.