Qallant: “HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”

Qallant: “HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”

“Qətərdə HƏMAS liderləri dəbdəbəli həyat sürərkən, Qəzzadakı terror qruplaşmasının komandirləri ölür və minlərlə adam təslim olur”.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Nazir vurğulayıb ki, bu müharibəni xalla başa vurmaq olmaz, yalnız nokautla:

“Sonda müharibənin nəticəsi tam aydın olacaq. HƏMAS yaraqlıları bilməlidir ki, onların iki yolu var - ya təslim olmaq, ya da öldürülmək, üçüncü variant yoxdur. Deməli, bu İsrail ordusunun missiyasıdır”.