QMİ sədri: II Qaregininin Bakıda keçiriləcək dini konfransa dəvət olunması məsələsinə baxılacaq

QMİ sədri: II Qaregininin Bakıda keçiriləcək dini konfransa dəvət olunması məsələsinə baxılacaq

Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.

Birxeber.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, görüşə ermənilərin katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq:

"O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Heç cür razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz də sonra onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək".