Hindistanda avtobusun qəzaya uğraması nəticəsində azı 12 işçi həlak olub

Hindistanda avtobusun qəzaya uğraması nəticəsində azı 12 işçi həlak olub

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun aşaraq şaxtadakı xəndəyə düşməsi nəticəsində şirkətin ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.

“Report” “PTI” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Riça Prakaş Çoudhari məlumat verib.

“İşçiləri daşıyan avtobus saat 20:30 radələrində (Bakı vaxtı ilə 19:00 – red.) Kumhari yaxınlığında xəndəyə düşüb, nəticədə təxminən 12 nəfər ölüb, daha 14 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.

Çoudharinin sözlərinə görə, qurbanların vəziyyəti stabildir. Həkimlər onlara kömək edir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.